BakıQazax yolunda zəncirvari qəza: Xəsarət alanlar var

25.11.2024

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı-Qazax yolunda zəncirvari qəza olub, xəsarət alanlar var.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunda Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Gəncə istiqamətində hərəkətdə olan "Mercedes" markalı mikroavtobus, "Toyota", "Fiat" və "Opel" markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində avtomobillərdə olan 4 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır./report

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью