BakıQazax yolunda zəncirvari qəza: yaralılar var

25.11.2024

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Bakı-Qazax yolunda zəncirvari qəza olub, xəsarət alanlar var.

Axar.az Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunda Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Gəncə istiqamətində hərəkətdə olan "Mersedes" markalı mikroavtobus, "Toyota", "Fiat" və "Opel" markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində avtomobillərdə olan 4 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью