BakıQəbələ qatarı hər gün işləyəcək Bu tarixlərdə

17.12.2024

Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 30 dekabr - 5 yanvar bayram günlərində 1 yanvar istisna olmaqla hər gün Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar reysləri təşkil edəcək.

Metbuat.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyətindən bildirilib.

Məlumata görə, bu, bayram günlərində sərnişin tələbatını təmin etmək məqsədilə həyata keçirilir.

“Qatarların hərəkət cədvəli və biletlər haqqında əlavə məlumatları dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az), “ADY Mobile” mobil tətbiqindən, eləcə də 24/7 xidmət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz”,- deyə məlumatda qeyd edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью