Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qarşıdan gələn bayram günlərində sərnişin tələbatını təmin etmək məqsədilə 3 yanvar tarixində Bakıdan Qəbələyə və Qəbələdən Bakıya əlavə qatar reysləri təyin edilib.
Bu barədə Bizim.Media-ya “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.
Xatırladaq ki, 30 dekabr tarixində də bu marşrut üzrə hər iki istiqamətə qatar reysləri təşkil ediləcək.
Eyni zamanda, 31 dekabrda Bakıdan Qəbələyə, 2 yanvarda isə əks istiqamətdə əlavə qatar hərəkətdə olacaq.
Bizim.Media