Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 kilometr yaxınlığında qəza enişi edib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. AZAL-dan bildirilib ki, ilkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.
Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
***
Azərbaycandan Çeçenistan Respublikasının paytaxtına uçan təyyarə Qazaxıstanın Aktau hava limanında qəzaya uğrayıb.
Təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub.