BakıQuba yolunda dəhşətli qəza: “07” ər və arvadı vurdu VİDEO

05.12.2024

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Abşeronda yol-nəqliyyat hadisəsi baş verib, ölən və xəsarət alan var.

Avtosfer.az xəbər verir ki, hadisə Bakı-Quba yolunda qeydə alınıb.

"VAZ 2107" markalı minik avtomobili yolu keçən ər və arvadı vurub.

Yaralılar xəstəxanaya çatdırılsa da, qadının həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, ölən qadın 1972-ci il təvəllüdlü Könül Novruz qızı Şeydalıyevadır.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью