BakıQuba yolunda quraşdırılan tərəzi sürücüləri narazı salır AÇIQLAMA VİDEO | Icma.az
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır. Bakı-Quba yolunda quraşdırılan tərəzi standartlara cavab vermir, ərazidə tez-tez qəzala
Avtosfer.az-ın məlumatına görə, belə bir iddianı sürücülər səsləndiriblər.
Magistral yolun Şabran rayonu ərazisindən keçən hissəsində yük maşınlarının daşıdığı yükü ölçmək üçün quraşdırılan tərəzi narazılığa səbəb olub.
Sakinlər isə bildirir ki, yolda hamarlıq pozulub. Bu səbəbdən avtomobillərə ziyan dəyir və qəzalara səbəb olur.
İddialara görə yağışlı havada həmin hissə daha sürüşkən olur. Bundan başqa, Bakı-Quba yolunun 121-ci km-də də yol sıradan çıxıb.
Yolda yaranan çatlar və çuxurlar xoşagəlməz hadisələrə səbəb olur.
Yoldakı tərəzi məsələsinə aidiyyəti qurum münasibət bildirib: “Elektron tərəzi quraşdırılmış ərazidə qəzaların olması əsassızdır.
Orada cəmi bir nəqliyyat hadisəsi qeydə alınıb və o da sürücünün günahı ucbatından baş verib.
Tam oxu
Xəbəri oxu