BakıŞamaxı yolunda hərəkət bərpa edildi VİDEO KONKRET

14.12.2024

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, qar Bakı-Şamaxı yolunda sürücülərə çətin anlar yaşadıb.

DİN-in Mətbuat Xidmətindən KONKRET.az-a bildirib ki, qarlı hava şəraiti ilə əlaqədar Bakı-Şamaxı avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkətində yaranmış çətinliklə bağlı əraziyə Yol Patrul Xidmətinin və digər aidiyyəti qurumun əməkdaşları cəlb olunub.  Operativ müdaxilələrlə avtomobillərin hərəkəti  bərpa olunub.

Meteoroloji şəraiti nəzərə alaraq bir daha sürücülərə tövsiyə olunur ki, yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin sazlığına diqqət yetirsinlər, sürət həddini hava şəraitinə uyğun seçsinlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью