BakıŞamaxı yolunu buz bağladı, maşınlar yolda qaldı VİDEO

14.12.2024

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qarlı hava ilə əlaqədar Bakı-Şamaxı yolunda çətinlik yaranıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, nəqliyyat vasitələrinin hərəkətində yaranmış çətinliklə bağlı əraziyə Yol Patrul Xidmətinin və digər aidiyyəti qurumun əməkdaşları cəlb olunub. Operativ müdaxilələrlə avtomobillərin hərəkəti bərpa olunub.

Meteoroloji şəraiti nəzərə alaraq bir daha sürücülərə tövsiyə olunur ki, yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin sazlığına diqqət yetirsinlər, sürət həddini hava şəraitinə uyğun seçsinlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью