BakıŞamaxı yolunun qar və buzdan təmizlənməsi istiqamətində tədbir görülüb

19.12.2024

Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 60-90-cı km-lik hissəsində gecə boyu və səhər saatlarında hərəkətin təhlükəsizliyi və fasiləsizliyi istiqamətində tədbirlər görülüb.

"Report" bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, yolun hərəkət hissəsi qardan təmizlənib, duz-qum qarışığı səpilib.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью