Bakısız Tiflis və İrəvan üçün “qəbul” yoxdur!

05.12.2024

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gürcüstanı nə vaxt AB-yə üzv etdilər ki, indiki hökumət də buna razı olmadı?!

Turkustan.az xəbər verir ki, bu sözləri ekspert Natiq Cəfərli Gürcüstan hakimiyyətinin AB-yə üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırması və buna etiraz olaraq bir neçə gündür Tiflisdə davam edən aksiyalar haqda qeyd edib.

O bildirib ki, nə Gürcüstan, nə Ermənistan, nə də Azərbaycan ayrı-ayrılıqda, təkbaşına heç vaxt AB üzvü olmayacaq:

“Avropa Birliyi ilə quru sərhədi olmayan ölkə AB-yə üzv ola bilməz, bu, texniki, iqtisadi olaraq mümkün deyil - çünki AB ümumi bazar, maliyyə, gömrük siyasəti deməkdir. Bu məsələlər quru sərhəd olmazsa-olmazdır, Ukrayna və Moldova üçün mümkündür, Cənubi Qafqaz ölkələri üçünsə yox.

Cənubi Qafqaz ölkələrinin bir-birindən başqa həm də Türkiyə ilə quru sərhədi var, qardaş ölkəmiz isə AB ilə sərhəddir. Deməli, ilk Türkiyə AB-yə üzv olmalıdır ki, Cənubi Qafqaz da üzv ola bilsin.

Yəni Türkiyəsiz mümkün deyil, başqa yol yoxdur, bu haqda danışanlar xalqı, cəmiyyəti, sadəcə, aldadırlar - o cümlədən, Gürcüstan müxalifəti və Ermənistan iqtidarı...” /axar.az/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью