BakıSumqayıt qatarı ata görə yubanıb RƏSMİ

09.12.2024

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Abşeron dairəvi dəmiryol marşrutu üzrə Bakı-Sumqayıt istiqamətində hərəkətdə olan qatarın qarşısına Sumqayıt sahəsində qəfil at çıxıb.
Avtosfer.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən məlumat verilib. "Maşinist tərəfindən tormozlama edilsə də, məsafə az olduğu üçün toqquşma hadisəsinin qarşısını almaq mümkün olmayıb. Bu səbəbdən qatar həmin sahədə bir müddət dayanmalı olub. Nəticədə hadisə Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların hərəkətində gecikmələrə səbəb olub. Hazırda qatarlar qrafik üzrə hərəkətini davam etdirir.
Sahibsiz buraxılan təsərrüfat heyvanları qatarların hərəkətinə ciddi təhlükə yaradır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью