BakıSumqayıt qatarında yubanmanın səbəbi məlum olub

11.11.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Bakı-Sumqayıt istiqamətində hərəkət edən sərnişin qatarı 50 dəqiqədən çox yubanmadan sonra mənzil başına yola düşüb.

Bu barədə “Report”a sərnişinlər məlumat veriblər. Onların bildirdiyinə görə, 17:25-də Bakıdan yola çıxan qatar Xırdalan stansiyasında təxminən 50 dəqiqə dayanıb. Sərnişinlər gecikmənin səbəbi kimi elektrik təchizatında yaranan nasazlığı göstəriblər. Bu problem dəmir yolu infrastrukturunun köhnəlməsi ilə əlaqədar yaranıb.

Bakı-Sumqayıt qatarının daimi sərnişinlərinin sözlərinə görə, payız-qış mövsümündə bu marşrut üzrə hərəkət edən qatarlarda belə yubanmalar tez-tez baş verir və bu, ilk dəfə müşahidə olunan hal deyil.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью