BakıTehran əlaqələrin hazırkı vəziyyəti müzakirə edildi

20.11.2024

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Baş nazir Əli Əsədov noyabrın 20-də İranın mədəni irs, turizm və əl işləri sənayesi naziri Rza Salehi Əmiri ilə görüşüb.

Bu barədə Gununsesi.info-ya Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, görüşdə COP29-un Bakıda yüksək səviyyədə təşkil olunduğu məmnunluqla vurğulanıb:

“Azərbaycanın COP Sədrliyi dövründə müəyyən etdiyi prioritetlərdən birinin də turizm sahəsində iqlim fəaliyyəti olduğu diqqətə çatdırılıb. Söhbət zamanı Azərbaycan-İran əlaqələrinin hazırkı vəziyyəti, həmçinin qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub”.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью