Bakıxanov küçəsində yol hərəkəti yenidən qurulur VİDEO

26.11.2025

Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən AzVision.az -a verilən xəbərə əsasən, küçədə darboğaz effekti nəqliyyat şəraitini çətinləşdirir. Belə ki, Abbasqulu ağa Bakıxanov küçəsi ilə Rəşid Behbudov küçəsi istiqamətində nəqliyyat vasitələrinin düzünə hərəkəti zamanı nəqliyyat axınları 3 hərəkət zolağından 2 hərəkət zolağına keçmək məcburiyyətində qalır. Bu da yolun buraxıcılıq qabiliyyətini aşağı salaraq sıxlıq yaradır.
Nəqliyyat vasitələrinin axıcılığının təmin edilməsi məqsədilə burada yeni layihə icra olunacaq. Küçədə zolaqların silinərək yenidən təşkil edilməsi nəticəsində Səməd Vurğun küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyədək zolaqlarının sayı 2-dən 3-ə çatdırılacaq. Əks istiqamətdə isə zolaqların sayı eyni saxlanılacaq.
Dəyişiklikdən sonra darboğaz effekti aradan qaldırılacaq, nəqliyyat vasitələrinin hərəkəti daha da asanlaşacaq.

AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью