Bakıxanov qəsəbəsində içməli su günlərdir küçəyə axır VİDEO

02.09.2026

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində içməli suyun küçəyə axdığı iddia olunur.
Bizim.Media xəbər verir ki, bu barədə oxu.az-ın qaynar xəttinə müraciət daxil olub.
Bildirilib ki, Əşrəf Yunusov küçəsi, 8 ünvanındakı binanın qarşısında içməli su günlərdir yola axır.
 

"Problem barədə aidiyyəti qurumlara məlumat versək də, məsələ hələ də həllini tapmayıb. Gəlib baxıb gedirlər, amma düzəldən yoxdur", - deyə şikayətdə bildirilib.


Mövzu ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, sözügedən ünvanla bağlı müraciət rayonun sukanal idarəsinin cavabdeh şəxslərinə yönləndirilib:
"Vəziyyətə tam aydınlıq gətiriləndən sonra sorğunuz cavablandırılacaq".

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью