Icma.az, Bizim media portalına istinadən məlumat verir.
Paytaxtın Bakıxanov qəsəbəsində sakinlər içməli suyun küçəyə axmasından şikayət edirlər.
Bizim.Media xəbər verir ki, bu barədə vətəndaşlar oxu.az-ın qaynar xəttinə müraciət edərək məlumat veriblər
Onların sözlərinə görə, yerli sakinlər arasında "Yay klubu" adlandırılan ərazidə borudan içməli su çölə axır:
"Natəmiz vəziyyətlə yanaşı içməli suyun da küçəyə axması bizi narahat edir".
Məsələ ilə bağlı İri Şəhərlərin Su Təchizatından bildirilib ki, sözügedən ünvana Sabunçu Sukanal İdarəsinin qəza briqadası cəlb edilib və su xəttində axıntının qarşısı alınıb.
Bizim.Media