Bakıxanov qəsəbəsində yanğın baş verib, 4 avtomobil zərər görüb

02.07.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 2 iyul, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində məişət tullantıları üçün nəzərdə tutulan qutularda baş vermiş yanğının genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində məişət tullantıları üçün ayrılmış ərazidə altı ədəd plastik qutu, yaxınlıqda park edilmiş "AUDİ" markalı minik avtomobilinin arxa yük hissəsi, "Nissan" və "Ford” markalı minik avtomobillərinin arxa bamperi, "Ford" markalı yük avtomobilinin ön bamperi yanıb.

Avtomobillərin böyük hissəsi və ərazidə park edilmiş digər avtomobillər yanğından mühafizə olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью