Bakıxanov sakinləri çətin vəziyyətdə: Yağış yağanda yol keçilməz olur ŞİKAYƏT

22.01.2026

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yağış sularının küçələrdə yığılması sakinlərin ciddi narazılığına səbəb olub.

Oxu.Az-ın məlumatına görə, qəsəbənin Yavər Əliyev küçəsində yaşayan sakinlər bildiriblər ki, uzun müddətdir yoldakı acınacaqlı vəziyyətlə maraqlanan yoxdur.

Bakıxanov sakinləri çətin vəziyyətdə: "Yağış yağanda yol keçilməz olur" - ŞİKAYƏT

"Yağış yağan kimi küçə tamamilə su altında qalır və hərəkət etmək mümkünsüz olur. Bu durum gündəlik həyatımızda ciddi çətinliklər yaradır. Problemin aradan qaldırılması üçün aidiyyəti qurumlar heç bir tədbir görmürlər", - deyə şikayətdə vurğulanır.

Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti sözügedən küçədə subasması faktını təsdiqləyib.

Qeyd olunub ki, Yavər Əliyev küçəsində yeni tullantı və yağış suyu xətlərinin çəkilməsi istiqamətində layihə icra edilir:

"Layihənin icrası başa çatdırıldıqdan sonra sözügedən problem öz həllini tapacaq".

Əzizə İsmayılova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью