Bakıxanovda ağac budaqları sürücüləri əks yola çıxmağa məcbur edir VİDEO

26.11.2026

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində sürücülər yolda çətin vəziyyətlə üzləşirlər.

Bu barədə izləyici Avtosfer.az-a müraciət edərək məlumat verib.

Onun sözlərinə görə, Bakıxanov qəsəbəsi, Məshəti Gəncəvi küçəsi 76 ünvanında yolun kənarında yerləşən ağacların budaqları hərəkət hissəsinə doğru əyilərək maneə yaradır. Xüsusilə hündür nəqliyyat vasitələrinin sürücüləri ərazidən keçməkdə çətinlik çəkir və qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkət zolağına çıxmağa məcbur olurlar. Bu isə yolda qəza şəraitinin yaranmasına səbəb olur.

Şikayətçi problemin uzun müddətdir davam etdiyini, lakin indiyədək aradan qaldırılması üçün heç bir tədbir görülmədiyini bildirib.

Nərmin

bax.tvhttps://bax.tv/embed/229289.html

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью