Bakıxanovda keçilməz küçə Sakinlərin hərəkət etməli olduqları ərazidə şıdırğı alver gedir

04.09.2025

Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan sakinlər qanunsuz küçə ticarətindən narazılıqlarını bildiriblər.

BAKU.WS-ə şikayət edən vətəndaşların sözlərinə görə, Nazim İsmayılov prospektindən Bakıxanov stansiyasına doğru gedən yolda bazar kimi vəziyyət yaranıb və hərəkət demək olar ki, mümkünsüzdür.

Sakinlər qeyd ediblər ki, burada yaşlı insanlar, hamilə qadınlar, fiziki məhdudiyyətli şəxslər və azyaşlı uşaqları ilə valideynlər üçün yol açıq deyil və hər kəsin hərəkətinə ciddi maneə yaranıb. Onlar belə qanunsuzluğun şəhərin ortasında qəbuledilməz olduğunu vurğulayıblar.

Ərazidən görüntüləri təqdim edirik:

Şahanə Xankişiyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью