Bakıya 18 kiloqram narkotik gətirməyə cəhd etməkdə təqsirləndirilən şəxs həbs olunub

10.09.2025

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Bakıya külli miqdarda narkotik vasitə və psixotrop maddə gətirməyə cəhd etməkdə şübhəli bilinən şəxs Cəlilabadda saxlanılıb.

Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitə və psixotrop maddələrin dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlərlə 40 yaşlı Mahir Atəşrus saxlanılıb. Ondan ümumilikdə 18 kiloqramdan artıq marixuana və metamfetamin aşkarlanıb.

Araşdırmalarla M.Atəşrusun şəxsiyyəti araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edildiyi və maddi qazanc qarşılığında həmin narkotik vasitələri Bakı şəhəri ərazisində deyiləcək ünvanlara çatdırmağa razılaşdığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью