Bakıya 200 dən çox müasir avtobus GƏTİRİLƏCƏK | Icma.az
News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Son dövrlərdə həm taksi xidmətində, həm də ictimai nəqliyyatda mühüm yeniliklər həyata keçirilir.
Bu istiqamətdə görülən işlərin davamı olaraq, cari il ərzində Bakıya 200-dən çox müasir və ekoloji baxımdan təhlükəsiz avtobusun gətirilməsi planlaşdırılır.News24.az xəbər verir ki, bu barədə iyulun 16-da “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” mövzusunda ictimai müzakirə zamanı AYNA-nın Bakı Regional İdarəsinin müdiri Tərlan Səfərov məlumat verib.Onun sözlərinə görə, yeni avtobuslar şəhərin müxtəlif marşrutlarında istismara veriləcək və sərnişindaşıma sahəsində komfort, təhlükəsizlik və keyfiyyət göstəricilərinin artırılmasına xidmət edəcək:“Avtobus parkının yenilənməsi təkcə xidmət səviyyəsini artırmaqla kifayətlənməyəcək, həm də hava çirklənməsinin qarşısının alınması və yol hərəkətinin təhlükəsizliyinin təmin olunmasına töhfə verəcək”, – deyə Tərlan Səfərov bildirib.Aqil QarayevNews24.az Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu