Bakıya 3 gün yağış yağacaq Xəbərdarlıq

06.12.2024

Hurriyyet saytına istinadən Icma.az xəbər verir.

Dekabrın 6-sı axşamdan 9-u axşamadək Bakıda və Abşeron yarımadasının bəzi yerlərində fasilələrlə yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı gözlənilir.

Hurriyyet.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, dekabrın 7-si axşam Şərq rayonlarından başlayaraq 9-u axşamadək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

Yağıntıların Mərkəzi Aran, Lənkəran-Astara, Dağlıq-Şirvan, Quba-Qusarda leysan xarakterli olacağı, çaylarda sululuğun artacağı ehtimal olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью