Bakıya 7 yeni yük lokomotivi gətirildi

18.09.2026

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) lokomotiv parkını yeniləyir.

Bu barədə "Yeni Sabah"a ADY-dən məlumat verilib.

Bildirilib ki, Çinin “CRRC Ziyang Co., Ltd” şirkəti tərəfindən istehsal olunan AC50 tipli 7 müasir yük lokomotivi Bakıya çatdırılıb. Toyuqlu pizza

Magistral teplovozlar qabaqcıl texnologiyalar və innovativ dartı sistemləri ilə təchiz edilib. Yüksək dartı gücü və böyük yanacaq tutumu ilə seçilən lokomotivlər ağır tonnajlı yük qatarlarının daha səmərəli və təhlükəsiz idarə olunmasına imkan verir.

Lokomotivlər müasir idarəetmə və təhlükəsizlik sistemləri ilə təchiz olunub. Texniki xidmət dövriliyinin 90 gün müəyyən edilməsi onların daha etibarlı və fasiləsiz istismarına şərait yaradır.

Bundan əlavə, iki lokomotivin ard-arda qoşularaq bir lokomotiv briqadası tərəfindən idarə olunması daha çox yükün daşınmasına və əməliyyat səmərəliliyinin artırılmasına imkan verəcək.

AC50 modeli Beynəlxalq Dəmir Yolları İttifaqının (UIC) müəyyən etdiyi IIIA səviyyəli ekoloji standartlara cavab verir.

Yeni lokomotivlər beynəlxalq nəqliyyat dəhlizləri üzrə yük daşımalarında istifadə olunacaq.

Qeyd edilib ki, ADY növbəti mərhələdə daha 14 yük lokomotivinin alınması ilə bağlı danışıqlar aparır.

Aytac Əliyeva


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью