Sonxeber.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakıya dayanmadan yağış yağacaq - XƏBƏRDARLIQ Bakıda və Abşeron yarımadasında noyabrın 19-u səhərədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Milli Hdiromteorologiya Xidmətindən Sonxeber.az-a bildirilib ki, yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var.
Azərbaycanın rayonlarında noyabrın 19-u gündüz bəzi dağlıq rayonlarda, 19-u axşamdan 20-si səhərədək isə bəzi şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ, Şərqi-Zəngəzur, Quba-Qusar, Qazax-Gəncə, Mərkəzi-Aran, Lənkəran-Astara) leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı ehtimal olunur. Sonxeber.azŞikayətiniz varsa Whatsapp: 051 7028255 Ən son yeniliklər və məlumatlar üçün Icma.az