Bakıya diş məcunu adı ilə nakrotik gətirən hindistanlı tutulub

26.11.2024

Reyting.az saytına istinadən Icma.az xəbər verir.


Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Heydər Əliyev Aeroportunun 1-ci terminalının gəliş zalında Dehli-Bakı aviareysi ilə gələn Hindistan Respublikası vətəndaşına məxsus çamadana gömrük yoxlaması tətbiq edilib.
Reyting.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, yoxlama zamanı diş məcunu qabının içərisində gömrük nəzarətindən gizlədilən 32,150 qram narkotik vasitə - tiryək aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

Ana səhifəyə dön


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью