Bakıya dolu yağdı VİDEO YENİLƏNİB

26.05.2026

Icma.az bildirir, Lent az portalına istinadən.

Bakıya diametri 4 mm olan dolu düşüb.

Bu barıədə Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a məlumat verilib.

Bildirilib ki, mayın 26-da Bakıda və Abşeron yarımadasının bir sıra yerlərində intensiv xarakterli qısamüddətli yağış yağıb, bəzi ərazilərə dolu düşüb. Düşən dolunun diametri 4 mm-dək qeydə alınıb.
Hazırda Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində yağışın intensivliyi tədricən zəifləyib, yaxın saatlarda kəsiləcəyi gözlənilir.

***

16:19

Bakıya dolu düşüb.

Lent.az xəbər verir ki, bu gün saat 15:50 radələrində Bakıya dolu yağıb.

O, bir neçə dəqiqə intensiv şəkildə davam edib. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью