Bakıya elə leysan yağacaq ki... XƏBƏRDARLIQ

06.12.2024

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbərdarlıq

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə dekabrın 6-si axşamdan 9-u axşamadək Bakıda və Abşeron yarımadasının bəzi yerlərində fasilələrlə yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı gözlənilir.

Azərbaycanın rayonlarında

Dekabrın 7-si axşam Şərq rayonlarından başlayaraq 9-u axşamadək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yağıntıların Mərkəzi Aran, Lənkəran-Astara, Dağlıq-Şirvan , Quba-Qusarda leysan xarakterli olacağı , çaylarda sululuğun artacağı ehtimal olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью