Bakıya gələcək “Barselona” azarkeşlərinin sayı açıqlanıb

23.11.2026

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

“Barselona”nın UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Sabah”la Bakıda keçirəcəyi oyunda 474 azarkeş komandanı tribunadan dəstəkləyəcək.

XQ xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Kataloniya klubunun Azərbaycana səfərində 268 üzv və 41 müxtəlif azarkeş qrupundan 206 nəfər iştirak edəcək.

Bu, “Barselona”nın Azərbaycanda rəsmi turnir çərçivəsində keçirəcəyi ilk oyun olacaq. Qarşılaşma UEFA Çempionlar Liqasının Liqa mərhələsində baş tutacaq.

Azarkeşlər Bakı Olimpiya Stadionunun tribunalarında komandanın rənglərini nümayiş etdirəcəklər.

“Barselona”nın Bakıdakı yerli azarkeş qrupu — “Peña Barcelonista Bakú” səfər edən fanatlara ev sahibliyi edəcək. 2017-ci ildə rəsmi status alan qrupun 400-dən çox qeydiyyatdan keçmiş üzvü var və Qafqazda klubun yeganə azarkeş qrupudur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью