futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Sabah”ın Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi “Levski” Bolqarıstan çempionatında növbəti oyuna çıxıb .
Futbolpress.az xəbər verir ki, sözügedən komanda öz meydanında “Spartak Varna” ilə qarşılaşıb. Görüş “Levski”nin 2:1 hesablı qələbəsiylə başa çatıb.
Sofiya təmsilçisi 4 turdan sonra maksimum nəticə ilə 1-ci sıradadır.
“Sabah” “Levski” ilə ilk oyunda məğlub olub – 0:1. Cavab oyunu avqustun 14-də Bakıda keçiriləcək.