Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Xəbər verdiyimiz kimi, Xalq artisti Arif Babayevin səhhəti pisləşib.
Xanəndənin oğlu Yaşar Babayev Axşam.az-a açıqlamasında onun səhhətinin ağır olduğunu deyib:
"Reanimasiyadadır. Vəziyyəti çox ağırlaşıb. Problem bir dənə deyil, səhhətində çox problem var. Hələ Qaxdadır, Bakıya gətirilmir. Gözləyirik ki, bir az düzəlsin sonra gətirə bilək".