Bakıya gətirilən 160 elektrik avtobusu bu gündən fəaliyyətə başlayıb

25.11.2024

Icma.az bildirir, Operativmedia portalına istinadən.

Bu gündən etibarən Bakıda müntəzəm avtobus marşrutları (1, 5, 14, 21 və 88A) üzrə BYD markalı (Çin) 160 elektrik avtobusu fəaliyyətə başlayıb.

"Operativ Media" xəbər verir ki, həmin avtobuslar BMT-nin​ İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində sərnişin daşınmasının asanlaşdırılması üçün istifadə olunurdu.
Bundan əlavə, bu gündən etibarən 46 sayda avtobus marşrutunun fəaliyyəti bərpa edilib:

1, 7B, 13, 15, 31, 37, 38, 40, 54, 55, 60, 62, 70, 71, 93, 96, 105, 107, 118A, 118B, 131, 139, 141, 148, 162, 163, 166, 168, 169, 172, 173A, 173B, 184, 185, 189, 197, 198, 204, 205, 214, 216, 217, 120E, M8, 140E və E1.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью