Bakıya gətirilmiş aviaqəza yaralılarından biri reanimasiyaya yerləşdirilib

26.12.2024

Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qazaxıstanın Mangistau regional xəstəxanasından Bakıdakı Yeni Klinikaya gətirilmiş 14 yaralıdan biri reanimasiyaya yerləşdirilib.

Bu barədə “Report”a Yeni Klinikadan bildirilib.

Məlumata görə, 14 nəfərdən 13-ü palataya, biri isə reanimasiyaya yerləşdirilib.

Xatırladaq ki, daha əvvəl “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində yaralanan 1-i uşaq olmaqla, 14 zərərçəkən Azərbaycan vətəndaşı Mangistau regional xəstəxanasından çıxarılaraq ölkəyə yola salınmışdı.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью