News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Politico”nun Avropa nəşrində “Azərbaycanın Avropaya qaz qambiti – Rusiya üçün yaxşı xəbərdir” başlıqlı məqaləsi siyasi dairələrdə müzakirələrə səbəb olub.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev yayımlanan dezinformasiyaya tutarlı cavab verərək nəşrdən tələb edib ki, böhtana görə Azərbaycandan üzr istəsin və məqaləni geri çəksin.Bu, Qərbin media vasitəsi ilə Bakıya qarşı ilk təxribat cəhdi deyil.
Daha əvvəllər də müxtəlif dünyaca nüfuzlu KİV-lər heç bir əsası olmayan və sübuta yetirilməyən iddialarla Azərbaycanı hədəfə alıb.Qərbin informasiya təxribatında əsas hədəf nədir?
Bu cür yalan məlumatları yayıb, ardından hansı addımları atmağı hesablayıblar?Globalinfo.az-a danışan politoloq Əli Mustafayev deyib ki, Qərbin Azərbaycana hücumunun bir neçə səbəbi var:“Birincisi, erməni faktorudur.
Erməni kilsəsi və diaspor Azərbaycanı, hətta ümumilikdə türk millətini özlərinin başlıca düşməni hesab edirlər.
Üzdə hər nə qədər sülhpərvər kimi görünsələr də, mənfur və ikiüzlü siyasətlərini yeritməkdən geri durmurlar.
Erməni diasporunun Avropa və ABŞ-da çox ciddi təsir imkanları var.