Bakıya Kamavinqanın əvəzinə Türam gələcək

13.11.2025

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

Bakıya Kamavinqanın əvəzinə Türam gələcək

DÇ-2026-nın seçmə mərhələsində Ukrayna və Azərbaycanla qarşılaşacaq Fransa millisinin heyətində dəyişiklik olub.

QOL.az yerli federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, "Real"da çıxış edən Eduardo Kamavinqa zədələndiyi üçün heyətdən çıxarılıb.

Onu "Yuventus"un yarımmüdafiəçisi Kefren Türam əvəzləyib. 

Qeyd edək ki, Fransa millisi bu gün Bakı vaxtı ilə saat 22:45-də Ukrayna ilə qarşılaşacaq. Azərbaycan - Fransa görüşü isə noyabrın 16-da Bakıda olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью