Bakıya leysan, bu ərazilərə qar... Xəbədarlıq | Icma.az
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakıda və Abşeron yarımadasında dekabrın 7-si axşamdan 10-u axşamadək arabir yağış yağacağı, bəzi yerlərdə yağışın leysan xarakterli olacağı gözlənilir.
Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Məlumata görə Azərbaycanın rayonlarında isə dekabrın 7-si səhər qərb rayonlarından başlayaraq 11-i axşamadək bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Qazax-Gəncə, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntının leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu