Bakıya məcburi enən təyyarədən GÖRÜNTÜLƏR YENİLƏNİB

28.12.2024

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakıya məcburi eniş edən Dubay-Moskva təyyarəsində qeyri-etik davranışlar sərgiləyən sərnişin Roman Paxomovun görüntüləri yayılıb.

Bakıvaxtı.az Modern.az-a istinadən xəbər verir ki, kadrları "BAZA" kanalı paylaşıb.

Bildirilir ki, R.Paxomov kabinəyə girəndə ayıq və sakit olub. Sonradan məlum olub ki, o, özü ilə spirtli içki gətirib və uçuş zamanı içib.

Şahidlərin sözlərinə görə, bundan sonra o qışqırıb, işçiləri təpikləyib. Paxomovu  saxlamaq mümkün olsa da, dopinq təsiri altında olan təxribatçı plastik qandalları və yapışqan lenti qırıb, bundan sonra əlləri ilə illüminatoru döyəcləməyə başlayıb.

Nəticədə pilotlar təyyarəni Bakıda yerə endirməyi qərara alıblar.

Roman özünə gələndə heç nəyi xatırlamadığını etiraf edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью