Bakıya müharibə xəbərdarlığı: Cəlalzadə sərhədə işarə etdi

26.01.2026

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadənin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra Bakıda verdiyi açıqlama birmənalı qarşılanmayıb. Cəlalzadə jurnalistlərin suallarını cavablandırarkən İrana hücum olacağı təqdirdə, müharibənin sərhədləri aşacağını bildirib.

İran rəsmisinin Bakıya səfəri zamanı belə bir fikir səsləndirməsi açıq təhdid kimi dəyərləndirilə bilərmi? Cəlalzadə Azərbaycana hansı mesajı verir?

Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, İran hazırda çox gərgin bir mərhələdən keçir:

“İsrail və ABŞ-ın 12 günlük müharibədən sonra İrana birgə zərbələr endirmə ehtimalları artıb. Tehran hökuməti regional və beynəlxalq oyunçulara qarşı təhdidlər yağdırır, xəbərdarlıqlar edir. Bu baxımdan, Cəlalzadənin, “İrana hücum olarsa, müharibə sərhədləri aşacaq”, – bəyanatı təsadüfi deyil.


İlyas Hüseynov

İranda baş verən proseslər bu ölkənin daxili işidir. Azərbaycan bütün region ölkələri, o cümlədən Ermənistanla sülh, təhlükəsizlik və əməkdaşlıq müstəvisində əlaqələr qurmağı təşviq edir. Ölkəmizin maraqları üçün bərabər hüquqlara və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq önəmlidir. İran daxili olmaqla heç kim bir geosiyasi aktro kimi Azərbaycana diktə edə bilməz.

İrana hücum olarsa, bunun lokal qalacağı bəllidir. Lakin belə qorxu və təhdid mesajlarına ehtiyac yoxdur. Ümumiyyətlə, müharibə ən sonuncu çıxış yolu olmalı və bütün ziddiyyətli, kəskin münaqişələr həmişə olduğu kimi bu gün də diplomatik yolla, dialoq vasitəsilə həll edilməlidir”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью