Bakıya narkotik satmağa gəlirdi, rayonda tutuldu | Icma.az
Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır. Lerikdə saxlanılan narkokuryerdən külli miqdarda narkotik vasitə aşkarlanıb.
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Lerik rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə ölkə ərazisinə qaçaqmal yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitələrin paytaxt ərazisinə çatdırılaraq burada satışını təşkil edən Məhəmməd Məmmədov saxlanılıb.
Ondan şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyi 8 kiloqram marixuana aşkarlanıb.
Faktla bağlı Cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə M.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu