Bakıya niyə qar yağmır və fəsadları nə ola bilər? | Icma.az
Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Artıq qışın son ayı hesab olunan fevralın 1/3-dən çoxu arxada qalsa da, hələ də paytaxt Bakıya qar yağmayıb.
Yeniavaz.com xəbər verir ki, belə bir vəziyyətin son illər nə zaman qeydə alındığı barədə məlumat yoxdur.
Məlumat üçün bildirək ki, mütəxəssislər qar yağıntısının olmamasını qlobal iqlim dəyişikliyi ilə əlaqələndirirlər.
Bildirilir ki, son illərdə müşahidə olunan iqlim dəyişikliyi, xüsusilə də qlobal istiləşmə, havanın anomal keçməsinə səbəb olur.
Qlobal istiləşmə atmosferdə istixana qazlarının artması ilə əlaqəlidir.
Bu qazlar Günəşin istiliyini Yer kürəsində saxlayaraq, temperaturun yüksəlməsinə səbəb olur.
Araşdırmalara görə, son onilliklər ərzində qlobal temperaturun artması iqlim dəyişikliklərini daha da gücləndirib.
Tam oxu
Xəbəri oxu