Icma.az bildirir, Demokrat.az portalına istinadən.
Bakı şəhərində ictimai nəqliyyat infrastrukturunun yenilənməsi və genişləndirilməsi planları fonunda vətəndaşları ən çox düşündürən məsələ xidmət keyfiyyəti ilə bərabər qiymətlərin dəyişib-dəyişməyəcəyidir.
Bu barədə Demokrat.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib ki, hələ yeni metro xətləri çəkilmir, tramvay layihələri və yeni avtobus xətləri də yoxdur:
“Ortada real bir irəliləyiş yoxdur. Bu yeni xətlərin açılması qiymət artımına əsas verə bilməz. Çünki metro xətləri və digər nəqliyyat layihələri artıq büdcə hesabına tikilir. Yəni bu tikintilərin maliyyəsi dövlət vəsaitləri və müvafiq sahələrin hesabına ödənir, istifadəçilərin üzərinə əlavə yük düşmür. Əksinə, yeni xətlər açılacaqsa, yeni avtobus, tramvay və metro yolları olacaqsa, bu gəlirlərin artmasına səbəb olacaq. Ona görə də qiymət artımı ilə yeni xətlərin salınması arasında əlaqə yoxdur”.
O bildirib ki, Bakı hələ də ictimai nəqliyyat problemləri ilə üzləşir və bu problemin həlli istiqamətində real addımlar atılmır:
“Hazırda yalnız eksperimentlər aparılır və layihələrdən danışılır. Amma hər gün minlərlə, on minlərlə, hətta yüz minlərlə Bakı sakini işə gedərkən, işdən qayıdarkən və ümumiyyətlə hərəkətdə olarkən problem yaşayır. Avtobus və metro intervallarının uzunluğu bu problemlərdən biridir. Beləliklə, mövcud vəziyyət problemin həlli demək deyil”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Bu barədə Demokrat.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib ki, hələ yeni metro xətləri çəkilmir, tramvay layihələri və yeni avtobus xətləri də yoxdur: