Bakıya uçan təyyarə təcili eniş etdi

12.08.2026

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Tümendən Bakıya uçuş həyata keçirən "UTair" aviaşirkətinə məxsus təyyarə texniki səbəbdən Ufaya məcburi eniş edib.

Axar.az, bu barədə Ural Nəqliyyat Prokurorluğu məlumat yayıb.

Məlumata görə, Bakı vaxtı ilə 20:15-də təyyarə "Ufa" beynəlxalq hava limanına enib. Ekipaj texniki səbəbdən marşrutdan kənara çıxmaq qərarına gəlib.

Eniş təhlükəsiz şəkildə baş tutub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью