Bakıya yağış, bəzi ərazilərə isə qar yağır FAKTİKİ HAVA

05.11.2024

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Milli Hidrometeorologiya Xidmətinin noyabrın 5-i saat 18:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir.
Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya bildirilib ki, narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında, eyni zamanda Şəkidə 28 m/s, Zaqatalada 30 m/s, Goranboyda 27 m/s, Naftalanda 26 m/s, Ağdamda 22 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Gəncə, Neftçalada 20 m/s, Gədəbəy, Yevlax, Bərdədə 16 m/s təşkil edir.
 

MÖVZU İLƏ BAĞLI:
Bu ərazilərdə külək güclənib – FAKTİKİ HAVA


Hazırda Bakıda və Abşeron yarımadasında, Qusarda arabir yağış, Şahdağ, Altıağacda isə qar yağır.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью