Bakıya yağış, dağlıq rayonlara qar yağacaq | Icma.az
Ayna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Sabaha gözlənilən hava proqnozu açıqlanıb Noyabrın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.
Bu barədə AYNA-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var.
Cənub-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-13° isti olacaq.
Atmosfer təzyiqi 766 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti gün ərzində əsasən yağmursuz keçəcək.
Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Tam oxu
Xəbəri oxu