“Baksol yolu”nda yük maşını aşdı, hərəkət dayandı

14.03.2025

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Paytaxtın Binəqədi rayonu Rəsulzadə qəsəbəsi “Baksol yolu” adlanan hissədə yük avtomobili aşıb.

Gununsesi.info xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov məlumat verib.

O bildirib ki, qəza səbəbindən hazırda qeyd olunan yola bütün istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

Yol polisi nəqliyyatın hərəkətinin bərpa olunması istiqamətində tədbirlər görür.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью