Icma.az, GlobalInfo saytına istinadən bildirir. Xəbər verdiyimiz kimi, yanvarın 4-də “Baku Bus” sərnişindaşıma avtobusu yolun kənarında daya
Nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Baku TV-nin hazırladığı reportajda isə bir görüntü diqqət çəkib.
Belə ki, müxbir oturacağın yanında günəbaxan tumu aşkar edib.
Bu, sürücünün tum çırtlaması və nəticədə diqqətinin yayınmasına sübut kimi təqdim olunub.
Globalinfo.az-a danışan nəqliyyat eksperti Aslan Əsədovun fikrincə, belə xırda detal qəzaya səbəb ola bilməz: “Ona görə də avtobus sürücüsünün kabinəsini ayırırlar ki, kiminləsə danışmasın, fikri yayınmasın.
Üstəgəl, sürücülər avtomobili idarə edən zaman onların xüsusi iş qrafikləri olmalıdır, yorğun olmamalıdırlar, qan dövranı yoxlanmalıdır, vaxtında istirahət etməlidirlər və s.
Bunlar hamısı bəzən yığılır və son anda ani bir diqqətsizlik faciə ilə nəticələnir.
Həm də “Baku Bus”un həmin avtobusu şəhərdaxili, çox uzaq olmayan məsafələr üçün nəzərdə tutulub”.