Baku Electronics ə RƏSMİ XƏBƏRDARLIQ Baha satılırmış

18.11.2025

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi "Baku Electronics" MMC barəsində Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə işə baxılmasını yekunlaşdırıb.

Bu barədə Milli.Az-a Agentlikdən bildirilib.

Məlumata görə, işin predmetini şirkətin fəaliyyətində YOSHIRO əmtəə nişanlı televizorların satışı ilə əlaqədar rəqabət qanunvericiliyinin pozulması əlamətlərinin olması təşkil edib.

İşə baxılmanın nəticəsi olaraq "Baku Electronics"ə yol verdiyi haqsız rəqabət hallarının aradan qaldırılması və bu hallara təkrar yol verməməsi barədə müvafiq göstəriş verilib.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью