Baku Electronics in sahibi olan iş adamı vəfat edib

07.03.2025

Icma.az, Azpost portalına istinadən məlumat yayır.

“NAB Holding” ailəsinin başçısı və qurucusu Hacı İbrahim Mohaghegh Orami vəfat edib.

Bu barədə Holdinqdən bildirilib:

“Dərin hüznlə bildirmək istəyirik ki, Azərbaycan iqtisadiyyatına böyük töhfələr vermiş iş adamı, “NAB Holding” ailəsininin başçısı Hacı İbrahim Mohaghegh Orami vəfat edib”.

Qeyd edək ki, “NAB Holding” Azərbaycanda bir çox bizneslərdə pay sahibidir. Bu şirkətlərdən Baku Electronics, Auto Azərbaycan (Hyundai markasının rəsmi dilleri) və s. aiddir.

Allah rəhmət eləsin!

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью