“Baku Electronics”dən daha bir NARAZILIQ

27.02.2025

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Vətəndaş “Baku Electronics”dən kondisioner alsa da, quraşdıra bilmir. Buna səbəb şirkətin usta göndərməməsidir.

Bu barədə Redaktor.az-a daxil olan şikayətdə deyilir. 

Şikayətdə bildirilib ki, 22.02.25 tarixində "Baku Electronics" şirkətinin Masazır filialında “Haier” markalı kondisioner alınıb. Ancaq alqı-satqının üzərindən az qala bir həftə keçməsinə baxmayaraq şirkətin ustaları hələ də gəlməyib.

Müştəri bildirib ki, ayın 25-də şirkətin nümayəndəsi ona zəng vuraraq təcili quraşdırma üçün əlavə 45 manat ödəniş tələb edərək, ustaların quraşdırma üçün ayın 27-də gələcəklərini deyib. Şikayətçinin sözlərinə görə, bu gün də şirkət nümayəndələri hava şəraitini bəhanə edərək quraşdırmanı sonrakı günlərə saxlamaq istəyirlər.

Məsələ ilə bağlı “Baku Electronics” MMC-nin Mətbuat xidməti ilə əlaqə saxladıq. Bizə cavab olaraq müştərinin məlumatlarını göndərməyimizi, daha sonra məsələ ilə bağlı aidiyyatı bölmənin maraqlanacağını bildirdilər.

Türkan İSGƏNDƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью